“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdan getmək istəmir.
Metbuat.az xəbər verir ki, o, yeni mövsümdə klubda qalmaq istədiyini ifadə edib. Xarici KİV-lərin məlumatına görə, Ançelotti “Real” rəhbərliyinə növbəti mövsümdə klubu çalışdırmaq istədiyini bildirib. Bildirilir ki, Ançelotti qərarını onu istəyən Braziliya Futbol Federasiyasına da bildirib. Lakin “Real” rəhbərliyi hələlik qərarını verməyib.