UEFA Avropa Liqasının 1/4 final mərhələsində Norveçin “Budyo Qlimt” klubu İtaliyanın “Latsio” komandasını mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlməsi ölkə tarixinə düşüb.
Metbuat.az xəbər verir ki, ilk oyunda doğma meydanda 2-0 hesabı ilə qalib gələn “Budyo Qlimt” səfərdə 0-2 hesabı ilə məğlub olub. Əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Penaltilərdə daha dəqiq olan “Budyo Qlimt”, 3-2 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.
Bununla da, “Budyo Qlimt” həm öz tarixində həm də ölkə tarixində ilki reallaşdırıb. Norveç futbolunun tarixində ilk dəfə ölkə klubu UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ” klubu bu mövsüm UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini “Budyo Qlimt”i 2-1 hesabı ilə məğlub edərək əldə etmişdi.