Türkiyə Superliqasında 32-ci həftənin oyunları keçirilir.
Metbuat.az xəbər verir ki, lider "Qalatasaray" öz meydanında "Bodrum"u qəbul edib.
Azarkeşlər görüşdə 2 cavabsız qolun şahidi olublar. 29-cu dəqiqədə "cim-bom"lu Torreyra hesabı açıb. 81-ci dəqiqədə onun komanda yoldaşı Sançes fərqi artırıb - 2:0
Hazırda Okan Burukun yetirmələri 77 xalla turnir cədvəlinin vahid lideridir. Bodrum təmsilçisi isə 34 xalla 14-cüdür.