“Benfika”da uğurlu oyun nümayiş etdirən türk oyunçu Orkun Kökçü karyerasını İngiltərədə davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, “Liverpul” futbolçunu transfer etmək üçün hərəkətə keçib. Portuqaliya mətbuatında yer alan xəbərə görə, “Liverpul” Orkun Kökçünün transferi ilə yarımmüdafiə xəttini gücləndirmək istəyir. Xəbərdə deyilir ki, İngiltərə klubu futbolçu üçün 50 milyon avroluq büdcə ayırıb. "Liverpul"dan başqa, Premyer Liqadan Orkun Kökçüyə daha bir talib var. "Mançester Yunayted"in türk yarımmüdafiəçi ilə maraqlandığı deyilir.
Qeyd edək ki, “Liverpul”un “Real Madrid”in futbolçusu Arda Gülerin də xidmətində maraqlı olduğu bildirilir.