IV Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edən Suriya Prezidenti Əhməd Şara Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Metbuat.az xəbər verir ki, görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Mətbuata bağlı qapılar arxasında keçirilən görüşlə bağlı Türkiyə tərəfi açıqlama verib.
Açıqlamada, “Görüşdə Prezident Ərdoğan, Türkiyənin Suriyada xaosun yenidən yaşanmasını istəyənlərə fürsət verilməməsini alqışladığını və qarşıdakı illərin Suriyada sabitlik, firavanlıq və sülh illəri olacağını bildirib” - deyə ifadə edilib.