ABŞ Prezidenti Donald Tramp Çindən gələn mallara rüsumları 125 faizə qaldırdığını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında açıqlama verib. O, “Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, mən ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal qüvvəyə minməklə 125 faizə qaldırıram” - deyə qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Çindən gələn məhsullara 104 faizlik yeni tarif tətbiq etmişdi. Ağ evin sözçüsü Karoline Leavitt 104 faiz əlavə gömrük rüsumunun Çinin ABŞ-yə cavab rüsumlarını qaldırmaması səbəbindən qüvvəyə mindiyini ifadə etmişdi. Xatırladaq ki, ABŞ bundan əvvəl Çinə gömrük rüsümları tətbiq edəndən sonra Pekin də cavab vermişdi.