ABŞ-nin tarif siyasəti Ümumdünya Ticarət Təşkilatının əsas qaydalarını pozur.
Metbuat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə açıqlama verib. O bildirib ki, bu, Vaşinqtonun artıq beynəlxalq ticarət qanunlarına riayət etmək istəmədiyini göstərir. Zaxarova ABŞ və Çin arasında "tarif müharibəsi”nə toxunaraq, "Qlobal iqtisadiyyatın artım tempinin yavaşlamasına və istehlakın azalmasına səbəb olan hər hansı bir amil bir çox qlobal proseslərə mənfi təsir göstərir. Söhbət dünyanın iki ən böyük iqtisadiyyatından gedirsə vəziyyət daha da gərginləşir” - deyə bildirib.
Qeyd edək ki, ABŞ Çindən gələn məhsullara 104 faizlik yeni tarif tətbiq edib. Ağ evin sözçüsü Karoline Leavitt 104 faiz əlavə gömrük rüsumunun Çinin ABŞ-yə cavab rüsumlarını qaldırmaması səbəbindən qüvvəyə mindiyini ifadə edib.Xatırladaq ki, ABŞ bundan əvvəl Çinə gömrük rüsümları tətbiq edəndən sonra Pekin də cavab vermişdi.