Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi belə bəyanat yayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien bildirib ki, ABŞ tariflər tətbiq etməklə digər ölkələrin hüquq və maraqlarını və Dünya Ticarət Təşkilatının qaydalarını pozur. Onun sözlərinə görə, yeni tariflər qlobal iqtisadi nizama və sabitliyə zərər verir. Çinli rəsmisi bəyan edib ki, Çin öz hüquqlarını və maraqlarını qorumaq üçün qətiyyətlə lazımi tədbirləri görəcək. Lin, ticarət müharibələrində və tarif müharibələrində qaliblərin olmayacağını bildirib. O, Çin xalqının problem yaratmaq istəmədiyini və bundan qorxmadığını, təzyiq, təhdid və şantajın doğru yol olmadığını vurğulayıb.