ABŞ-də Pasxa bayramı öncəsi yumurta qiymətlərinin həddindən artıq artması insanları alternativ həll yolları tapmağa vadar edib.
Metbuat.az xəbər verir ki, yüksək xərclərə görə, amerikalılar ənənəvi Pasxa yumurtaları əvəzinə daha sərfəli məhsullara üz tutub. Onlar yumurta əvəzinə kartofları rəngləyib.
Qeyd edək ki, quş qripi epidemiyası səbəbiylə ABŞ-də yumurta qiymətləri rekord vurub. Yumurtanın qiyməti təxminən 10 dollara qalxıb. Böhrandan əvvəl supermarketlərdə yumurta təxminən 3 dollara satılırdı. Yumurta böhranı ABŞ hökumətini tədbir görməyə vadar edib. Hökumət İsveç və Danimarka kimi Avropa ölkələrindən əlavə yumurta tədarükü üçün müraciətlər edildiyi açıqlanıb.