İlon Mask X sosial media platformasına giriş problemi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o X sosial media platformasının kiber hücuma məruz qaldığını açıqlayıb. Mask, kiberhücumda böyük bir qrup və ya dövlətin əli olduğunu ifadə edib. Mask açıqlamasında, “X-ə böyük bir kiberhücum oldu. Hələ də davam edir. Bizə hər gün hücum edilir, lakin bu hücum bir çox mənbələrdəndir. Ya böyük koordinasiyalı qrup, ya da bir ölkə iştirak edir” - deyə bildirib.
Qeyd edək ki, problem bir müddət aradan qaldırıldıqdan sonra yenidən X sosial media platformasına giriş problemi müşahidə edilib. 40 min istifadəçi X hesablarının işləmədiyi barədə məlumat paylaşıb.