Türkiyənin Avropa Birliyinə üzvlük prosesini strateji prioritet hesab edirik.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Avropanın təhlükəsizliyini Türkiyə olmadan təsəvvür etmək olmaz. Ərdoğanın sözlərinə görə, Türkiyənin daxil olmadığı Avropanın qlobal aktyor olaraq varlığını davam etdirməsi getdikcə qeyri-mümkün hala gəlir. Ərdoğan bəyan edib ki, qlobal qərar vermə mexanizmlərinin dünyanın dəyişən şərtlərinə uyğunlaşmasının vaxtı çoxdan çatıb.