Almaniya kansleri Olaf Şolts Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçkilərdəki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
Metbuat.az xəbər verir ki, bu barədə Şolts öz çıxışında bildirib.
“Bu, partiya üçün acı nəticədir, seçkilərdə itkidir”, - o bildirib.
Şolts mühafizəkar Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merzi qələbə münasibətilə təbrik edib.