ABŞ da daxil olmaqla 11 ölkə tərəfindən yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun icraçı şurası ilk iclasını keçirib.
Metbuat.az xəbər verir ki, Çoxtərəfli Sanksiya Monitorinq Qrupu BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün qurulub. Vaşinqtonda keçirilən ilk iclasda birgə bəyanat qəbul edilib. Bəyanatda, Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi səylərinə kömək etməyi hədəflədiyi vurğulanıb.
Bəyanatda deyilir ki, Çoxtərəfli Sanksiya Monitorinq Qrupunda yer alan dövlətlər beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, qlobal yayılmama siyasətini davam etdirmək və Şimali Koreyanın raket silahlarının kütləvi şəkildə məhv edilməsi proqramlarının qarşısını almaqda qərarlıdırlar.