Ukraynaya göndərildiyi iddia edilən pulun böyük bir hissəsi əslində ABŞ siyasətçilərinə gedib.
Metbuat.az xəbər verir ki, ABŞ hökumətinin rəsmisi İlon Mask belə iddia irəli sürüb. Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəsinə ayrılan pulun yalnız yarısını aldıqlarına dair sözlərinə reaksiya verən Mask bildirib ki, pulun bir hissəsi siyasətçilərə verilib.
Mask sosial media hesabında, “Ukraynaya göndərilən pulun çox hissəsi əslində Amerika siyasətçilərinə, Demokratlar partiyasının milli komitəsinə və bəzi respublikaçılara gedib. Ona görə də Zelenski pulun yalnız yarısını aldığını deyir” - deyə bildirib.