Ukrayna Prezidenti Zelenski ilə ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq arasında Kiyevdə keçiriləcək mətbuat konfransı ləğv edilib.
Metbuat.az xəbər verir ki, mətbuat konfransı ABŞ tərəfinin tələbi ilə ləğv edilib. Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib. O bildirib ki, mətbuat konfransının keçirilməsi planlaşdırılsa da, ABŞ tərəfinin tələbindən sonra proqramda dəyişiklik edilib. Nikiforov qeyd edib ki, ABŞ tərəfinin tələbi ilə mətbuat mənsublarına yalnız görüşün görüntülərini çəkməyə icazə veriləcək, görüşün sonunda heç bir açıqlama verilməyəcək, sual və cavablar alınmayacaq.