Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsində 46 mindən çox ukraynalı əsgərin həlak olduğunu bəyan edib.
Metbuat.az xəbər verir ki, o “NBC News” telekanalına müsahibəsində müharibədə 380 min ukraynalı hərbçinin yaralandığını bildirib. ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoymaq təşəbbüsündən danışan Zelenski onunla telefonla müzakirə apardığını bildirib. Zelenski deyib ki, Trampın Rusiya Prezidenti Vladimir Putini sülh danışıqlarına məcbur etmək imkanları var. Ukrayna prezidenti vurğulayıb ki, ABŞ, Ukrayna və Rusiya ilə birlikdə Avropa da müharibənin ədalətli başa çatması üçün mümkün danışıqlarda masa arxasında iştirak etməlidir.