Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi səfər çərçivəsində Türkiyənin paytaxtı Ankaraya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Zelenski və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Bakı vaxtı ilə saat 22:08-də Ankara Əsənboğa Hava Limanına eniş edib.
Ukrayna liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüş keçirməsi planlaşdırılır. Səfər zamanı ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.