Rusiya rəsmiləri ABŞ tərəfi ilə telefon danışığı aparıb.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov belə açıqlama verib. O bildirib ki, tərəflər Ər-Riyadda keçiriləcək görüşlə bağlı razılığa gəlib. Yuri Uşakov Rusiya və ABŞ nümayəndələrinin Ər-Riyad görüşündə Ukrayna ilə bağlı danışıqlara necə başlamaq məsələsinin prioritet olacağını vurğulayıb. Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna üzrə danışıqlara necə başlamaq barədə razılığa gəlməkdir.
Uşakov danışıqlarda Rusiya tərəfini özünün və xarici işlər naziri Sergey Lavrovun rəhbərlik edəcəyi nümayəndə heyətinin təmsil edəcəyini ifadə edib.