HƏMAS-ın Qəzzaya nəzarəti Ramallah administrasiyasına və ya Fələstin Azadlıq Təşkilatına təhvil verəcəyi ilə bağlı iddialar əsassızdır.
Metbuat.az xəbər verir ki, HƏMAS-ın Livan Siyasi Bürosunun sözçüsü Ayman Şanaa belə açıqlama verib. O bildirib ki, hərəkat bununla bağlı tərəflərə mesaj göndərməyib. Sözçünün açıqlamalarına görə, HƏMAS-ın siyasətlə məşğul olmayacağı və ya Qəzzadakı mövcudluğundan əl çəkəcəyi ilə bağlı söhbətlər yanlışdır.
Ayman Şanaa, “Hərəkatımızın regionun rəhbərliyindən uzaqlaşdırılmasından söhbət gedə bilməz və biz heç bir partiyanı bu prosesdən kənarda qoymaq fikrində deyilik” - deyə bildirib.