Parisdə Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi və Avropanın aparıcı liderlərinin iştirakı ilə Ukrayna üzrə fövqəladə təhlükəsizlik sammiti həyata keçirilib.
Metbuat.az xəbər verir ki, Parisdəki Yelisey sarayında keçirilən Ukrayna ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammitində Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Hollandiya və Danimarka təmsil olunur. Sammitdə həmçinin Avropa İttifaqı Şurasının sədri Antonio Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak ediblər.
Qeyd edək ki, Emmanuel Makronla ABŞ Prezidenti Donald Trampın sammitdən əvvəl telefonla danışdığı mətbuata bildirilsə də, Yelisey Sarayından hələlik görüşlə bağlı açıqlama verilməyib.