Bu gün İsrailin hərbi-siyasi kabineti Qəzza zolağından girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmanın ikinci mərhələsini müzakirə etmək üçün toplanacaq.
Metbuat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla telefon danışığı zamanı deyib.
Eyni zamanda Netanyahu danışıqlar qrupuna Qəzza sazişinin sonrakı icrasını müzakirə etmək üçün bu gün Qahirəyə getməyi tapşırıb.