ABŞ ordusu Somalinin dağlıq bölgəsində İŞİD mövqelərinə zərbələr endirib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat yayıb.
Nazir bildirib ki, Trampın əmri ilə Somali hökuməti ilə koordinasiya əsasında ABŞ-ın Afrika Komandanlığına Qolis dağlarında İŞİD yaraqlılarına zərbələr endirilməsi üçün icazə verilib. İlkin məlumata görə, çox sayda terrorçu öldürülüb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD liderlərindən birini zərərsizləşdirmək barədə göstəriş verib.