Ağcabədi. Trend:
Ağcabədi rayonunda “Niva” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayon ərazisində baş verib.
Hadisə zamanı “Niva”nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri – 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.