Seçkilərin nəticələri olaraq tam formalaşmış bələdiyyələrin sayı 413-dür.
Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, tam formalaşmış bələdiyyələr üzrə namizədlərin sayı isə 4801 nəfərdir.
MSK sədri qeyd edib ki, seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib. Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb.
O bildirib ki, bütün dairə seçki komissiyaları hesabat verib. Lider namizədlərin sayı isə 7791 nəfər, tam formalaşmış bələdiyyələrin sayı 413-dür.