Bakı. Trend:
Bakının bir neçə yollarında tıxac müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 9. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində; 12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 13. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 14. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.