Suriyada Bəşər Əsəd rejimini devirən “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa Prezidenti vəzifəsini icra edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə yeni hakimiyyətin rəhbər orqanı olan Hərbi Əməliyyatlar Direktorluğu açıqlama verib. Açıqlamada deyilir ki, Suriyada konstitusiya artıq qüvvədən düşüb. Yeni seçkilər keçirilənə qədər Suriyada keçid dövründə Prezidenti vəzifəsini Əhməd əş-Şaraa icra edəcək.