Avropa İttifaqı Bəşər Əsədin devrilməsindən sonra Suriyaya qarşı bəzi sanksiyaları ləğv etməyə qərar verib.
Metbuat.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot iqtisadi sabitliyi hədəfləyən bu addımın Suriyada sabitliyi təmin etmək məqsədi daşıdığını bildirib. Jean-Noel Barrot Brüsseldəki toplantıdan əvvəl bildirib ki, enerji, nəqliyyat və maliyyə qurumları kimi Suriyanın iqtisadi sabitliyi üçün əsas sektorlara tətbiq edilən bəzi sanksiyalar ləğv ediləcək və ya təxirə salınacaq. Barrot bu qərarların Suriyanın bərpa prosesinə töhfə verəcəyini bildirib. Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallas “Reuters” agentliyinə sanksiyaların yüngülləşdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyini ifadə edib.
Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadi əlaqəsini dünya ilə demək olar ki, dayandırmışdı.