ABŞ Prezidenti Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra Kaliforniya ştatının müstəqilliyini tələb edən “Calexit” petisiyası yenidən gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Demokratlar Partiyasının qalib gəldiyi Kaliforniyada ştat sakinlərinə ABŞ-dan ayrılmaq üçün səs verə biləcək təşəbbüs elan edilib. Ştatın qaydalarına uyğun olaraq kampaniya rəsmi internet saytında dərc edilib. Təklifi irəli sürən Marcus Ruiz Evans, məsələnin səsverməyə çıxarılması üçün səsvermə hüququ olan 546651 nəfərdən imza toplanmasının lazım olduğunu ifadə edib.
Qeyd edək ki, "Calexit" Kaliforniyanın müstəqilliyi barədə kampaniyadır. Buna qədər, “Kaliforniya ABŞ-dan ayrılıb müstəqil dövlət olmalıdır” təklifi ara-sıra gündəmə gəlib. Donald Trampın 2016-cı il seçkilərindəki qələbəsindən sonra sosial mediada “Calexit” kampaniyası başladılıb və kampaniya sahiblərinin sözlərinə görə, təklifi 220000 insan dəstəkləyib.