"Fənərbaxça"nın transfer etdiyi braziliyalı ulduz futbolçu Anderson Taliska Türkiyəyə gəlib.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Əl-Nəsr"dən transfer etdiyi futbolçunu özəl təyyarə ilə gətirib. Futbolçunu hava limanında "Fənərbaxça"nın idman direktoru Mario Branko və çox sayda azarkeş qarşılayıb. Məlumata görə, "Fənərbaxça" Taliska ilə 1,5 illik müqavilə imzalayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanından Türkiyəyə gələn Anderson Taliska yeni komandasının formasını geyinərək, açıqlama verib. O, klubda birlikdə tarix yazmaq istədiyini ifadə edib. Bildirilir ki, Taliska “Fənərbaxça”da 94 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Bahia” klubunda futbola başlayan Taliska, “Benfika”, “Beşiktaş”, “Quançjou Everqrande” və “Əl-Nəsr” klublarında çıxış edib.