Belçikada 30 minə yaxın fransız dili müəllimi hökumətin peşə təhsili ilə bağlı sərt qənaət tədbirlərinə etiraz edib.
Metbuat.az xəbər verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə fransız dilini tədris edən çoxlu sayda müəllim Brüsseldə bir araya toplaşıb. Vallon və Brüssel regional hökumətlərinin peşə təhsili sahəsində həyata keçirdiyi qənaət tədbirlərinə etiraz edən müəllimlər, “Təhsil əsasdır”, “Təhsildə qənaət ola bilməz” və “Təhsil tənəzzüldədir” yazılmış plakatlar açıblar. Hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilər, qənaət qərarını qəbul etmiş siyasi partiyaların binalarının yanından keçərək bir neçə kilometr uzaqlıqdakı Barrikadalar meydanına doğru irəliləyiblər.
Həmkarlar ittifaqlarının çağırışı ilə fransızdilli müəllimlər etiraz əlaməti olaraq iki günlük tətilə başlayıblar. Tətil səbəbindən Brüssel və Vallon bölgələrindəki bir çox məktəbdə təhsil dayandırılıb.