Konqo Demokratik Respublikasının Şimali-Kivu əyalətinin paytaxtı Qoma şəhəri üsyançı qruplaşmanın üzvləri tərəfindən mühasirəyə alınıb.
Metbuat.az xəbər verir ki, Qomanı mühasirəyə alan üsyançılar şəhərin elektrik və su sistemlərini yararsız hala salıb. Qomada bəzi bölgələrdə atəş səsləri eşidilməyə başlayıb. Məlumata görə, döyüşlər Qomadan təqribən 10 kilometr aralıda yerləşən Kibati bölgəsində davam edir. Üsyançılar paytaxt istiqamətində son maneə hesab edilən Sake şəhərini də ələ keçirib. Toqquşmalar səbəbilə minlərlə insan evlərini tərk edib.
Qeyd edək ki, Qoma şəhəri 2012-ci ildə üsyançıların nəzarətinə keçsə də, təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb. Konqo Demokratik Respublikası Ruandanın qızıl, koltan və kobalt kimi minerallarla zəngin əraziləri öz maraqları naminə işğal etməyə çalışan üsyançılara dəstək verdiyini irəli sürür. Ruanda bu iddiaları rədd edir.