Yaponiyada 65 yaşdan yuxarı insanların 20%-i yoxsulluq içində yaşayır.
Metbuat.az xəbər verir ki, bu barədə "CNN" yazıb.
Totiqidəki ölkənin ən böyük qadın həbsxanası hazırda əsasən yaşlı qadınlarla doludur. Onların bir çoxu tənhalıqdan qaçmaq üçün dəmir barmaqlıqlar arxasında qalmağa üstünlük verdiklərini deyir.
Mühafizəçilərin sözlərinə görə, məhbuslar hətta daimi olaraq həbsxanada qalmaq üçün ayda 20.000-30.000 yen (130-190 ABŞ dolları) ödəməyə hazırdırlar. Bu təklif azad həyatda bir çox yaşlı insanların üçün çatışmayan müntəzəm qida, tibbi xidmət və sosial dəstəyin həbsxanada olması ilə əsaslandırılır.
Bir məhbus, yemək oğurluğuna görə cəza çəkən 81 yaşlı qadın həbsxanada həyatının daha stabil olduğunu hiss etdiyini söyləyib.