"Barselona" liqada uğursuzluğa baxmayaraq, Hansi Fliklə müqaviləni uzatmaq istəyir.
Metbuat.az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı məşqçiyə təklif irəli sürüb. İspaniya mətbuatı “Sport”da yer alan xəbərə görə, Flikin “Barselona” ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Yeni təklifin detalları barədə məlumat dərc edilməyib.
Qeyd edək ki, Hansi Flik ötən ildən "Barselona"ya rəhbərlik edir. Klub onun rəhbərliyi altında çempionata uğurlu start versə də, son 8 turda bir qələbə əldə edərək, birinci sırada qərarlaşan “Real Madrid”dən 6 xal geri qalır. Bundan əvvəl “Barselona” “Real”ı 6 xal qabaqlayırdı. Çemionlar Liqasında isə klub uğurlu oyun nümayiş etdirir. Flikin “Barselona”dakı karyerasında diqqət çəkən məqamlardan biri onun “Real Madrid”i La Liqada 4-0, İspaniya Super Kubok finalında isə 5-2 hesabla məğlub etməsidir.