ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başalayandan sonra bir sıra sərəncamlar imzalayıb.
Metbuat.az xəbər verir ki, Tramp Co Bayden administrasiyasının imzaladığı fərmanı ləğv edərək Kubanı “terrorizmi dəstəkləyən ölkələr” siyahısına əlavə edib. Ağ Evin açıqlamasına görə, Trampın imzaladığı sərəncamlar Bayden administrasiyası dövründə imzalanan 78 icra sərəncamın və fərmanın ləğvini nəzərdə tutur. Kuba prezidenti Migel Diaz-Kanel X hesabında paylaşımında Trampın qərarına reaksiya verib. O trampın hərəkətinin lağ və sui-istifadə olduğunu ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin Konqresə göndərdiyi bildirişə əsasən Kuba "terrorçuluğu dəstəkləyən dövlətlər" siyahısından çıxarılmışdı. Siyahıda Kuba ilə yanaşı, Şimali Koreya, İran və Suriya da var.