Joze Mourinyo komandanın vacib oyunçularından İsmail Yüksəyi ehtiyat oyunçular skamyasına göndərməyə hazırlaşır.
Metbuat.az bildirir ki, portuqaliyalı çalışdırıcı onun əvəzinə Sofyan Amrabatı meydana çıxarmağı planlaşdırır. AVRO-2024-dən sonra komandaya qatıldıqdan sonra Joze Mourinyonun az qala hər matçda ilk 11-də meydana çıxardığı və ona 90 dəqiqə şans verdiyi İsmail Yüksek yerini mərakeşli futbolçuya buraxa bilər.
Joze Mourinyonun növbəti matçlarda Fred-Amrabat cütlüyünə mərkəz yarımmüdafiəçisi kimi şans verəcəyi gözlənilir.
Qeyd edək ki, Sofyan Amrabat "Fənərbağça"da 2 oyun keçirib, İsmayıl Yüksek isə bu mövsüm 9 matçda şans qazanıb. Ümumilikdə 764 dəqiqə meydanda qalan 25 yaşlı futbolçu nə qol vura, nə də assist edə bilib.