Azərbaycanda uşaqlara görə sosial müavinət alan ailələrin sayı artıb.
Metbuat.az Modern.az-a istinadən bildirir ki, 2024-cü ilin əvvəlində Azərbaycanda sosial müavinət alan uşaqların sayı 442016 olub.
Sosial müavinətin bir nəfərə düşən orta aylıq məbləği 189.63 manat olub. 2023-cü ilin əvvəlində isə sosial müavinət alan ailələrin sayı 418227, bir nəfər düşən orta aylıq məbləği isə 157.02 manat olub.
2024-cü ilin əvvəlində sosial müavinət alan uşaqların sayı aşağıdakı kimi olub:
18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər - 47028 (bir nəfərə düşən orta aylıq məbləğ - 201.57 manat)
Ailə başçısını itirməyə görə ailə üzvləri - 54298 (120 manat)
Bəzi kateqoriya şəxslərin uşaqları - 10631 (16.24 manat)Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları - 183 (120 manaat)
1 yaşadək uşağı olan aztəminatlı ailələr (uşaqların sayı) - 3271 (100 manat)
Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (uşaqların sayı) - 180 (120 manat)
Beşdən çox uşağa görə (uşaqların sayı) - 11543 (105 manat)
Övladlığa götürülən uşağa görə müavinət - 25 (216 manat)