Amerikalı müğənni Meraya Keri anası Patrisiya və böyük bacısı Alisonun eyni gündə dünyasını dəyişdiyini açıqlayıb.
Metbuat.az bildirir ki, Keri "Bu həftə sonu anamı itirdiyimə görə çox üzgünəm. Təəssüf ki, gözlənilməz hadisələr nəticəsində bacım da eyni gündə dünyasını dəyişdi" deyib.
Məşhur müğənni ölümündən bir həftə əvvəl anası ilə vaxt keçirdiyinə görə şad olduğunu əlavə edib. Kerinin anası və bacısının ölüm səbəbləri ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, müğənninin anası irland əsilli amerikalı Patrisiya Keri 87 yaşında idi və keçmiş opera müğənnisi olub.