Praktik tibb fəaliyyəti hesab edilməyən həkim və orta tibb işçiləri sertifikasiyaya cəlb edilməyəcək.
Metbuat.az xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.
Qeyd edilib ki, Praktik tibb fəaliyyəti hesab edilməyən həkim və orta tibb işçisi vəzifələrinin siyahısı aşağıdakı kimidir:
Həkim vəzifələri- Həkim-metodist- Həkim-statistik
Orta tibb işçisi vəzifələri- Tibbi statistik- Çağırış üzrə tibb bacısı- Tibb qeydiyyatçısı