Bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 33 min və ya 1,8 faiz artaraq 1 milyon 841 min 479-a çatıb.
Metgbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir.
Bu ilin 7 ayında əməkhaqqı fondunda daha 5,1 faiz artım qeydə alınıb.