Cənubi Koreya prezidenti Yun Seok-yol Şimali Koreya ilə danışıqlar aparmağı təklif edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, Cənubi Koreya prezidenti Milli Azadlıq Günü münasibətilə gərginliyin azaldılması və iqtisadi əməkdaşlığın bərpası yollarını müzakirə etmək üçün KXDR ilə məsləhətçi orqanın yaradılmasını təklif edib.
O əlavə edib ki, belə bir qurum “Şimali Koreya nüvəsizləşdirmə istiqamətində ən azı bir addım atan kimi” yaradılacaq. Prezident dialoq və əməkdaşlığın Koreyalararası münasibətlərdə əhəmiyyətli irəliləyişlərə səbəb ola biləcəyini qeyd edib.