"Kiyev Qərblə Kursk bölgəsinə hücum planlarını müzakirə edib".
Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak “The Independent” qəzetinə müsahibəsində bildirib.
O deyib ki, Ukrayna tərəfi öz tərəfdaşlarına hücum haqda məlumat verib: "Lakin ictimai səviyyədə deyil".
Podolyak qeyd edib ki, hazırda Ukrayna ilə NATO arasında əsas fikir ayrılığı Rusiyaya qarşı hücum əməliyyatları üçün qadağan edilən xarici uzaqmənzilli silahların istifadəsidir.