Ermənistanda yaxın vaxtlarda daha bir yeni partiya meydana çıxacaq.
Modern.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
Üç aydan çoxdur ki, müzakirələr gedir və ola bilsin, əvvəlcə bu, partiyanın yaradılması təşəbbüsün irəli sürülməsi kimi təqdim olunsun.
Nəşr partiyanın əsisçiləri arasında keçmiş ombudsman Arman Tatoyan, Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyanın və prodüser Ruben Mxitaryanın adlarını çəkir.
Məlumata görə, "təsisçiləri keçmiş hakimiyyətin maraqlarını təmsil etmək niyyətində olmayan" partiya payızda meydana çıxa bilər.
Qeyd olunub ki, partiya yaradılması layihəsi bu üçlüyün fəal şəkildə dəstəklədiyi “Vətən naminə Tavuş” etiraz hərəkatı başlamazdan əvvəl hazır olub.