"Kursk vilayətindəki vəziyyət fonunda Rusiya Federasiyası əsirlərin mübadiləsi ilə bağlı söhbətə başlayıb".
Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna ombudsmanı Dmitri Lubinets deyib.
Telemarafon zamanı İnsan Hüquqları üzrə Müvəkkil qeyd edib ki, həqiqətən də rusiyalı həmkarı tərəfindən belə bir təşəbbüs olub, lakin o, söhbətin təfərrüatlarını açıqlamayıb.
Lubinets əlavə edib ki, rusiyalı təbliğatçıların guya mübadilələrin dayandırılması ilə bağlı bəyanatlarına baxmayaraq, ombudsmanlar arasında kommunikasiya gedir:
“Mən həm Beynəlxalq Qırmızı Xaç Komitəsinə, həm də BMT-yə məlumat verirəm ki, rusiyalı məhbusların hüquqları qorunur və Ukrayna istənilən vaxt Cenevrə Konvensiyası əsasında mübadilə proseslərini davam etdirməyə hazırdır”.