Vaşinqton ABŞ qoşunlarının İraqdan çıxacağı barədə iddialara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bəyan edib ki, hazırda bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir. Vedant Patel qeyd edib ki, tərəflər arasında təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar aparılır.