Ukrayna Silahlı Qüvvələri Rusiyanın 4 hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Əməliyyat Ukrayna Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və ordu tərəfindən həyata keçirilib. Ukrayna aerodromlara endirilən zərbələrə görə hərbçilərə təşəkkür edib.
“Rusiya aerodromlarına məqsədyönlü, vaxtında, effektiv zərbələrə görə təşəkkür edirəm. Ukrayna pilotsuz təyyarələrimiz tam lazım olduğu kimi işləyir. Ancaq elə şeylər var ki, onları tək dronlarla edə bilməzsiniz. Təəssüf ki. Bizə başqa silah lazımdır - raket silahları”, - deyə Zelenski bildirib.
Bundan əvvəl Qərb mətbuatında Ukrayna ordusunun avqustun 14-nə keçən gecə Voronej, Nijni Novqorod və Kursk vilayətlərindəki dörd hərbi aerodroma hücum etməsi barədə xəbərlər yayılıb. Məlumatda bildirilir ki, hücum Rusiyanın idarə olunan bomba hücumları üçün hərbi təyyarələrdən
Səhər saatlarında Rusiya Müdafiə Nazirliyi 117 PUA-nın dəf edildiyini bildirib. Ancaq hücumun hansı ərazilərdə baş tutduğu açıqlanmayıb.