Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edib.
Modern.az xəbər verir ki, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinə istinadən bildirib.
Qeyd olunub ki, səfər çərçivəsində o avqustun 13-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Müzakirələrin əsas mövzusunu ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyət təşkil edəcək.