Bakı. Trend:
Hörmüz boğazı vasitəsilə gübrə tədarükündə yaranan fasilələr səbəbindən inkişaf etməkdə olan ölkələrdə ən azı 45 milyon insan ərzaq qıtlığı ilə üzləşə bilər.
Bu barədə əvvəllər Hörmüz boğazı vasitəsilə humanitar daşımalar üzrə BMT-nin işçi qrupuna rəhbərlik etmiş BMT-nin Layihələrə Xidmət İdarəsinin direktoru Jorji Moreyra da Silva "NHK" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu boğazdan gündə ən azı beş-yeddi gübrə daşıyan gəminin keçməsi təmin olunarsa, humanitar böhranın qarşısını almaq mümkündür. “İnkişaf etməkdə olan ölkələr üçün bu, həlledici amil olacaq və onlar ya ərzaq təhlükəsizliyini təmin edəcəklər, ya da humanitar böhranla üzləşməyə məcbur olacaqlar”, - deyə o bildirib.
BMT-nin məlumatına görə, dünya üzrə gübrə ticarətinin üçdə biri Hörmüz boğazından keçir. “Müharibə [ABŞ və İran arasında] humanitar yardımın tranzitinin dayandırılması üçün səbəb olmamalıdır”, - deyə o əlavə edib və Vaşinqtonla Tehranı gübrə tədarükü probleminin münaqişənin kompleks şəkildə nizamlanmasından ayrıca olaraq mümkün qədər qısa müddətdə həllini tapmağa çağırıb.