Bərdə. Trend:
Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.