Bakı.Trend:
Britaniyanın "Duran Duran" rok qrupunun gitaraçısı Endi Teylor vəfat edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Qrupun bəyanatında bildirilir ki, musiqiçi noyabrın 23-də, bazar ertəsi günü prostat vəzi xərçəngi ilə uzunmüddətli mübarizədən sonra dünyasını dəyişib.
Teylorun 65 yaşı var idi. O, hələ 13 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlayıb, 1980-ci ildə isə "Duran Duran" qrupuna qoşulub. Həmin onillikdə Duran Duran, əsasən, o dövrdə yeni fəaliyyətə başlayan MTV telekanalında yayımlanan klipləri sayəsində dünyanın ən populyar musiqi qruplarından birinə çevrilib.
Teylor xəstəliyi barədə 2022-ci ildə, "Duran Duran" qrupunun Rok-n-roll Şöhrət Zalına daxil edildiyi zaman açıqlama verib. Səhhəti ilə əlaqədar mərasimdə iştirak edə bilməyib. Növbəti il Duran Duran onun iştirakı ilə hazırlanan sonuncu albomunu – “Danse Macabre”ni təqdim edib.

