Bakı.Trend:
İlon Mask ABŞ-də hər bir uşağın iki səhm alacağını bəyan edib.
“Amerikada hər bir uşaq iki ədəd “SpaceX” səhmi alacaq. Onlardan biri şirkət tərəfindən, digəri isə şəxsən mənim tərəfimdən veriləcək”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Mask başqa bir paylaşımında səhmlərin təqdim olunacağı tarixləri də açıqlayıb. Belə ki, “SpaceX” tərəfindən veriləcək səhm 2026-cı ilin dekabrında, onun şəxsi səhm paketindən ayrılacaq səhm isə səhmlərin satışına qoyulan məhdudiyyət müddəti (lock-up) başa çatdıqdan sonra, 2027-ci ilin iyununda təqdim ediləcək.
Amerikalı milyarder İlon Mask “Tesla” şirkətinin baş icraçı direktorudur. O, 2002-ci ildə təsis etdiyi “SpaceX” şirkətinin baş icraçı direktoru və texniki direktorudur. Şirkət kosmik raket və gəmilərin istehsalı, kosmik uçuşların həyata keçirilməsi, eləcə də “Starlink” peyk internet şəbəkəsinin fəaliyyəti ilə məşğuldur.